Avropa İttifaqı Türkmənistandan qaz ixracında maraqlıdır
18 İyul 2009 Şənbə 22:35
Kun Minne: "Türkmənistan Avropada etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul olunur"

Avropa İttifaqı ölkələri Türkmənistandan təbii qaz tədarükünə xüsusi maraq göstərirlər. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə cümə axşamı Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovla görüş zamanı Beliçikanın “ENEX process engineering SA” şirkətinin baş direktoru Kun Minne bildirib.

Türkmənistanın Dövlət İnformasiya Xidmətinin verdiyi məlumata görə, bununla əlaqədar qonaq Avropa Komissiyasının təklifini səsləndirib.

Onun sözlərinə görə, Türkmənistan Avropada etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul olunur. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar