Avropa Birliyi yeni maliyyə sazişi imzaladı
02 Mart 2012 Cümə 16:46
Müvafiq sənəd avronu daha möhkəm və etibarlı etmək üçün nəzərdə tutulur.
Avropa Birliyinə üzv ölkələrdən 25-nin liderləri Avrozonada maliyyə böhranının qarşısını almaq məqsədilə hazırlanmış yeni maliyyə sazişini imzalayıb. Saziş Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin sammitinin yekunu olaraq imzalanıb. Sənəd imzalanmazdan əvvəl Avropa Şurasının prezidenti Herman Van Rampey bildirib ki, bu saziş Avropa İnkişaf Mexanizmində mühüm bir addımdır. Onun sözlərinə görə, indi Avropa Birliyinə üzv olan ölkələrin parlamentlərini və seçicilərini inandırmaq lazımdır ki, bu saziş avronu daha möhkəm və etibarlı etmək üçün imzalanıb.

Bu sazişi 27 üzvlük Avropa Birliyindən Böyük Britaniya və Çexiya imzalamaqdan imtina edib. Azı 12 ölkə bu sazişi öz parlamentlərində ratifikasiya etdirə bilsə, sənəd 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Avropa Birliyinin yeni maliyyə sazişi büdcə kəsiri üzündən müflisləşmə ilə üzləşən ölkələrin yarı-avtomatik sanksiyalara məruz qalmasını nəzərdə tutur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar