Avropa Birliyi liderleri işsizliye çare axtarır
28 İyun 2013 Cümə 02:51
Avropa gənclərini işlə təmin etmək üçün hər il 6 milyard avro ayrılması məsləhət görülüb.
Avropa Birliyi (AB) liderləri görüş keçiriblər. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, görüşün məqsədi AB ölkələrində artan işsizlik səviyyəsi ilə bağlı tədbirlər görmək olub.

Görüşdə işsizliyin aradan qaldırılması üçün AB ortaq büdcəsindən 6 milyard avro vəsait ayrılmasına qərar verilib. Avstriya baş naziri Verner Fayman AB-nin gəncləri işlə təmin etmək və işsizliyə çarə tapmaq üçün hər il 6 milyard avro ayırmasını məsləhət görüb.

Yunanıstanın baş naziri Antonis Samaras çıxışı zamanı dərhal sərt tədbirlər görülməsini istəyib. Görüşdə AB Şurasının prezidenti Herman Van Rompey də iştirak edib. O, işsizlik səviyyəsinin rekord həddə çatdığını və bunun narahatlıq yaratdığını bildirib.

Qeyd edək ki, AB ölkələrində yaşayan hər 4 gəncdən biri işsizdir. Yunanıstanda gənclər arasında işsizlik səviyyəsi 63%, İspaniyada 56%, Xorvatiyada 52%, Portuqaliyada 43%, İtaliyada isə 41%-dir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar