Avro rekord aşağı həddə düşüb
06 Yanvar 2012 Cümə 12:34
Fransa, Macarıstan və İspaniya iqtisadiyyatlarının durumu sərmayəçilərdə inamsızlıq yaradıb.
Avronun dəyəri son 11 il ərzində yapon ienasına və son 16 ay ərzində ABŞ dollarına qarşı ən aşağı səviyyəyə düşüb. Avropa valyutasının düşməsi sərmayəçilərin avrozona ölkələrinin iqtisadiyatının durumuna inamının azalmasıdır. ANS PRESS "Amerikanın səsi"nə istinadən bildirir ki, sərmayəçilər üç məsələyə görə ehtiyat edirlər.

Reytinq agentlikləri Fransanın kredit reytinqinin aşağı düşə biləcəyini bildirsələr də, bu ölkə 10 milyarddan çox borc satıb. Özü də dekabrda analoji borc satışından sonra 10 illik istiqrazların gəlirlilik dərəcəsi artıb.

Macarıstanın da əsas birja indeksi düşməkdə davam edir, amma Macarıstan hakimiyyəti üçün də xarici borclanmanın qiyməti artıb. Bu ölkənin xarici borclanmalarının dərəcəsi illik 2 faizdən 10 faizə qədər qalxıb. Maliyyə bazarları Budapeştin BVF və Avropa Birliyi ilə kredit limitinin təqdimi ilə bağlı danışıqlarını narahatlıqla izləyirlər.

İspaniya iqtisadiyyat naziri Luis de Qindos istisna etmir ki, İspaniya bankları əmlaka görə yaranmış 65 milyard dollarlıq qaytarıla bilməyən borcları silməlidirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar