AtaSığorta ASC Avtodost kasko sığortasını teqdim edib
01 Oktyabr 2013 Çərşənbə Axşamı 09:34
AtaSığorta ASC terefinden teqdim edilen Avtodost mehsulu sizin avtomobillerinizin qayğılarını minimuma endirecek.
Hər zaman müştərilərinəyeni sığorta məhsulları hazırlayan AtaSığorta yeni “Avtodost” məhsulunu təqdim edir. Kaskosığorta məhsulu olan “Avtodost” özündə bir çox üstünlükləri birləşdirir. “Avtodost” məhsulunun yaradılmasında məqsəd insanların avtomobillərinə olan qayğılarını minimuma endirmək, onların vaxtına qənaət etmək və rahat həyat keçirmələrinə yardımçı olmaqdır.

“Avtodost” məhsulunu əldə edənlərin hər birinə avtomobil üçün videoqeydiyyat cihazı dərhal hədiyyə edilir. Bundan əlavə “Avtodost” məhsulu sahibləri bir il ərzində evakuasiya, alternativ avtomobil və yolda təmir xidmətlərindən də əlavə heç bir ödəniş etmədən istifadə edə biləcəklər. Həmçinin, müştərilərə ildə 1 dəfə pulsuz check-up (texniki müayinə) etdirmə imkanı, təklif olunan servislərdə təmir zamanı 10%-dək endirim və onlayn məsləhət xidmətləri də təklif olunur.

Avtodost haqqında əlavə məlumat üçün (012)936-a zəng etmək, yaxudwww.atasigorta.az/avtodost saytına, www.facebook.com/AtaSigortaASCsəhifəsinə daxil olmaqolar.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.












DOSTLARINLA PAYLAŞ:

oyunlar