AtaBank 300 kimsəsiz uşağı sevindirib
19 Mart 2012 Bazar Ertəsi 17:51
AtaBank Korporativ Sosial Məsuliyyət sahəsində növbəti xeyriyyə aksiyasını keçirib.
“AtaBank” ASC Korporativ Sosial Məsuliyyət sahəsində növbəti xeyriyyə aksiyasını keçirib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dünən “Xəmsə” şadlıq sarayında bankın dəstəyilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil olunub.

Novruz şənliyində valideyn himayəsindən məhrum olan 300-dən artıq kimsəsiz uşaq iştirak edib. Şən klounların, kosanın keçirdiyi əyləncəli oyunlar, viktorinalar hər bir uşağın ürəyindən olub. Oynaq mahnıların sədaları altında uşaqlar rəqs etdilər. Uşaqların hədsiz sevinci onların gözlərindən oxunurdu.

“AtaBank” ASC İdarə Heyətinin sədr müavini Müseyib Əliyev bildirib ki, hər bir təşkilat və şəxs imkanı daxilində ölkəmizə və xalqımıza qarşı məsuliyyətini yerinə yetirməli, təhsil, idman və mədəniyyət kimi sahələrə dəstək göstərməlidir: “Eyni zamanda qayğı və köməyə ehtiyacı olan uşaqlarımızın və gənclərimizin inkişafı yaddan çıxmamalıdır. “AtaBank” ASC-də mütəmadi şəkildə bu istiqamətlərdə tədbirlər həyata keçirir, üzərinə düşən vəzifələri yerinə yetirir. Xüsusilə, valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqları daim diqqət mərkəzində saxlayırıq. Hər kəs kimi, Novruz bayramını da qeyd etmək belə uşaqların haqqıdır. Bu uşaqlar hər birimizin balalarıdır. Onların sevindiyini gördükdə biz özümüzü xoşbəxt hiss edirik. Elə bugünkü Novruz şənliyini keçirməkdə də məqsədimiz uşaqların mənalı istiahətini, onları bir araya gətirərək kollektivdə özünü aparmaq bacarıqlarını inkişaf etdirmək və şəxsi qabiliyyətlərini üzə çıxarmaqdır”.

Xatırladaq ki, “AtaBank” ASC 1993-cü ildən fəaliyyət göstərir. Fevral ayının sonuna bankın filial və şöbələrinin sayı 24 ədəd təşkil edib. 2011-ci ilin yekunlarına əsasən bankın xalis aktivləri 231.1 milyon manat, kredit portfeli 146.7 milyon manat, müddətli depozit portfeli isə 163,1 milyon manat təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar