ARDNŞ Türkiyəyə yeni qaz kəmərinin şərtlərini açıqlayıb
05 Noyabr 2011 Şənbə 12:27
R. Abdullayev: "1 il müddətində yeni kəmərin texniki-iqtisadi əsaslandırması hazır olacaq və ondan sonra müvafiq qərar qəbul olunacaq".
Azərbaycanla Türkiyə arasında imzalanmış son qaz anlaşmasına uyğun olaraq yeni qaz kəmərinin tikilməsi və ya mövcud infrastrukturun genişləndirilməsi “Nabucco” layihəsinə heç bir təsir göstərməyəcək.

“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

“Nabucco” daha qlobal, 30 mlrd. kubmetrə hesablanmış layihədir. Bu layihə təkcə Azərbaycan qazının deyil, Türkmənistan və İraq qazının da nəqli üçün nəzərdə tutulub” - deyə R.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, 1 il müddətində yeni kəmərin texniki-iqtisadi əsaslandırması hazır olacaq və ondan sonra müvafiq qərar qəbul olunacaq: “Əsaslandırma normal olarsa, Azərbaycandan Türkiyəyə yeni qaz kəməri çəkiləcək və “Şahdəniz” qazı Türkiyə vasitəsilə Avropa bazarına çıxarılacaq”.

ARDNŞ prezidenti deyib ki, əsas məqsəd Azərbaycan qazının yüksək dəyərlə Avropa bazarlarına çıxarılmasıdır: “Bunun hansı yollarla həyata keçiriləcəyini iqtisadi hesablamalar göstərəcək”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar