Aleksey Kudrin: Rusiyanın neft-qaz gəlirləri bu il rekord həddə çatacaq
15 Dekabr 2011 Cümə Axşamı 14:48
Rusiyanın dövlət büdcəsinin neft-qaz gəlirləri bu il tarixi maksimuma çataraq, 346 mlrd. dollar təşkil edəcək.
 “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu proqnozla Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin çıxış edib.

Onun sözlərinə görə, 1992-1999-cu illərdə ölkənin neft-qaz gəlirləri 23,5 mlrd. dollardan 30,9 mlrd. dollara yüksəlib. 2000-ci ildə 52 mlrd. dollar təşkil edən bu göstərici üç il sonra iki dəfə artıb, 2006-cı ildə isə 190 mlrd. dollara çatıb.

“2008-ci ildə 310 mlrd. dollara təşkil edən neft-qaz gəlirləri bir il sonra böhran nəticəsində xammalın ucuzlaşması səbəbindən 2006-cı il səviyyəsinə enib, ötən il isə 254 mlrd. dollara yüksəlib” - deyə sabiq nazir qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar