AG Bank nizamnamə kapitalını artırır
07 İyul 2012 Şənbə 19:00
AG Bankın ümumi dəyəri 5 milyon manat olan səhmlərinin emissiya prospekti qeydiyyata alıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AG Bank"ın ümumi dəyəri 5 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bakı Fond Birjasından ANS PRESS-ə verilən məlumata görə, emissiya prospektinə hər birinin nominal dəyəri 2 manat olan 2,5 milyon səhm daxildir. Yerləşdirmənin anderrayteri qismində "Caspian Financial" çıxış edir.

Hazırda bankın nizamnamə kapitalı 20 milyon manatdır, yeni emissiyanın yerləşdirilməsindən sonra o, 25 milyon manata çatdırılacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar