ABŞ iqtisadi böhranı qızılı ucuzlaşdırdı
10 Oktyabr 2013 Cümə Axşamı 20:14
Dünyada qızılın ucuzlaşması Azərbaycana da təsir edib.
Dünya bazarında qızılın ucuzlaşması Azərbaycanda da qiymətli metalın qiymətlərinə təsirsiz ötüşməyib. Paytaxtın qızıl dükanlarında aparılan müşahidələr göstərdi ki, az da olsa qiymətlərdə ucuzlaşma var. Bloomberq agentliyinin məlumatına görə, qızılın bir unsiyası 1296 dollara düşüb.

Qiymətlərdə enmə alıcıların sayına da təsir göstərmişdı. Ticarət mərkəzlərinin qızıl bölmələrində canlanma var idi.

Mütəxəssislərin bildirdiyinə görə, əsasən ölkəmizə qızıl məmulatları Rusiya Federasiyasından, Türkiyə, İtaliya və Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən gətirirlər. Analitiklər dünya bazarlarında qızılın ucuzlaşmasına əsas səbəb kimi Amerika Birləşmiş Ştatlarında büdcə böhranı ilə bağlı pozitiv gözləntiləri göstərirlər. İnvestorlar ABŞ-ın böhranın təsirini aradan qaldırmaq üçün yeni dollar çapına başlayacağını gözlədiklərinə görə qızıla o qədər də maraq göstərmirlər.

Əgər hadisələr əksinə inkişaf edərsə və ABŞ-da böhran dərinləşərsə, investorların dollara inamını itirməsi qızılı bahalaşdıra bilər. Ekspertlər bunu ən təhlükəli variant hesab edirlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar