3 yeni sement zavodu tikilir
18 Oktyabr 2011 Çərşənbə Axşamı 13:10
Azərbaycanda 3 yeni sement zavodu tikilir. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Hazırda Azərbaycanda 3 sement zavodunun tikintisi həyata keçirilir. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə axşamı rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.

"1991-ci il ilə müqayisədə 2010-cu ildə tikinti materiallarının istehsalı 28,5% artıb. Sonrakı illərdə tikinti materiallarının istehsal artımı davam edəcək, yeni müəssisələrin yaradılması nəzərdə tutulub. Həmçinin, hazırda Azərbaycanda 3 sement zavodunun tikintisi aparılır ki, bu da həm sementə olan daxili ehtiyacları təmin etməyə imkan verəcək, həm də onun ixracı üçün şərait yaradacaq”, -deyə Ş.Mustafayev qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycanda iqtisadiyyatın diversifikasiyasına, regionların iqtisadi potensialının daha effektiv istifadəsinə, istehsal müəssisələrinin fəaliyyətinin genişlənməsinə yönəldilmiş tədbirlər görülür. Bunun nəticəsi kimi 2004-cü ildən Azərbaycanda 40 mindən çox yeni müəssisə yaradılıb, 1 milyondan çox yeni iş yeri yaradılıb.

Ş.Mustafayev qeyd edib ki, hazırda Azərbaycan hökuməti Bakının və paytaxtın şəhərətrafılarının 2011-2013-cü illər üçün nəzərdə tutulmuş orta müddətli sosial-iqtisadi inkişaf proqramını reallaşdırır. "Bu proqrama mənzil-istismar infrastrukturunun, avtomobil yollarının, ekoloji mühitin yaxşılaşmasına, sosial obyektlərin yenidənqurulmasına yönəldilmiş 817 müəssisə daxildir. Bu proqramın reallaşdırılması üçün Azərbaycan prezidenti İlham Əliyev artıq 9 sərəncam imzalayıb, dövlət başçısının ehtiyat fondundan 28,5 milyon manat ayrılıb", - deyə o vurğulayıb.

Azərbaycanda hazırda sement istehsalı üzrə daha bir böyük zavod "Qaradağ-Sement" zavodu işləyir ki, o hazırda istehsal gücünün ildə 1,7 milyon ton sement, hər gün 4 min ton klinkerə qədər artması üzrə işlər aparır.

Bundan başqa, Norm Azerbaijan MMC hazırda Bakının Qaradağ rayonunda sement istehsalı üzrə "Qızıldaş Sement" zavodunun tikintisini aparır. Zavodun tikintisinə investisiyalar $400 milyon məbləğində qiymətləndirilir, onun gücü hər gün 5 min ton klinker və ildə 2 milyon ton sement təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar