Voleybol milli komandamız İsrail millisiylə qarşılaşacaq
15 May 2009 Cümə 12:10
Dünya çempionatının təsnifat oyunları çərçivəsində baş tutacaq qarşılaşma Quba Olimpiya Kompleksində keçiriləcək

 

Bu gün Quba Olimpiya Kompleksində voleybol üzrə Dünya çempionatının təsnifat oyunları start götürəcək. Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2-ci təsnifat mərhələsinin oyunlarında İsrail, Belarus və Ukrayna komandaları ilə bir qrupda yarışacaq. Açılış matçında Ukrayna və Belarus milliləri qarşılaşacaq. Azərbaycan voleybolçuları isə ilk yarış günü İsrail millisiylə üz-üzə gələcək. Komandamız qrupda növbəti oyunlarını Belarus və Ukrayna komandaları ilə keçirəcək. Bu qrupda ilk iki yeri tutacaq komandalar sonuncu seçim mərhələsinə vəsiqə qazanacaq. Dünya çempionatına qatılmaq imkanı qazanacaq komandaların adlarına da məhz bu mərhələdən sonra aydınlıq gələcək. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar