Velosipedçimiz Tural İsgəndərov 111 nəfər arasında 10-cu oldu
19 Sentyabr 2014 Cümə 12:24
Tural İsgəndərov yarış qalibindən 2 dəqiqə, 20 saniyə geri qalmaqla 10-cu nəticə göstərib.
Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandası və "Synergy Baku" kontinental komandasının üzvü Tural İsgəndərov İtaliyada 23 yaşadək velosipedçilər arasında təşkil olunan birgünlük "Custoza" Qran-Prisində mübarizə aparıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, kifayət qədər çətin marşrutu ilə diqqət çəkən yarış velosipedçimizin uğurlu çıxışı ilə yadda qalıb.

125 km-lik mübarizənin yekununda 111 velosipedçidən yalnız 18-i finiş xəttinə yetişə bilib ki, onların arasında həmvətənimiz də var - Tural yarış qalibindən 2 dəqiqə, 20 saniyə geri qalmaqla 10-cu nəticə göstərib və təşkilatçılar tərəfindən xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, velosipedçimiz sentyabrın 21-28-də İspaniyada keçiriləcək dünya çempionatında da mübarizə aparacaq və bu yürüşlər ilin əsas yarışına hazırlıq xarakteri daşıyır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar