Uels matçının vaxtı dəqiqləşdi
14 Mart 2009 Şənbə 11:50
İyunun 6-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq

Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Uels oyununun başlanma saatı dəqiqləşib. AFFA-dan verilən məlumata görə, iyunun 6-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.
Qeyd edək ki, Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində Uels və Azərbaycan milli komandaları arasında sentyabrın 6-da Uelsdə keçirilən ilk qarşılaşma meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar