UEFA Kubokunun yarımfinalçıları
17 Aprel 2009 Cümə 10:25
UEFA Kubokunda 1/4 final mərhələsinin revanş matçlarında sonra yarımfinala çıxan 4 komanda bəlli olub

 

UEFA Kubokunda ¼ final mərhələsinin revanş matçları keçirilib. Avropanın müxtəlif şəhərlərində keçirilən qarşılaşmalrdan sonra UEFA Kubokunun yarimfinalında mübarizə aparacaq 4 komandanın kimliyinə aydınlıq gəlib.

UEFA Kubokunun 1/8 finalında "Qalatasaray"ı mübarizədən kənarlaşıdıraraq ¼ finala çıxan Almaniyanın "Hamburq" klubu, revanş matçında İngiltərə təmsilçisi "Mançestr Siti"yə 2-1 məğlub (İlk matç 3-1) olmasına baxmayaraq, mərhələyə adlayıb və yarımfinala yüksəlib. 1/8 finalda "Metalist"i məğlub edən "Dinamo Kiyev" revanş matçında Fransa təmsilçisi PSJ-ni 3-0 məğlub edib, bununlada adını yarımfinala yazdırıb. Ukraynanın digər təmsilçisi "Şaxtyor" isə bir başqa fransız klubu "Olimpik Marsel"i səfərdə 2-1 hesabı ilə məğlub edərək yarımfinla çıxıb.

UEFA Kubokunun ¼ final revanş matçlarında qeydə alınan nəticələr, ilk matçların hesabları və mərhələ adlayan komandaları:

"Olimpik Marsel" (Fransa) – "Şaxtyor Donetsk" (Ukrayna): 1 - 2
(İlk matç: 0 - 2, mərhələ adlayan komanda "Şaxtyor Donetsk")

"Dinamo Kiyev" (Ukrayna) - "PSJ" (Fransa): 3 - 0
(İlk matç: 0 - 0, mərhələ adlayan "Dinamo Kiyev")

"Mançestr Siti" (İngiltərə) - "Hamburq" (Almaniya): 2 - 1
(İlk matç: 1 - 3, mərhələ adlayan komanda "Hamburq")

"Udineze" (İtaliya) - "Verder Bremen" (Almaniya): 3 - 3
(İlk matç: 1 - 3, mərhələ adlayan komanda "Verder Bremen")

Beləliklə UEFA Kubokunun yarımfinalında iki Ukrayna və iki alman klubu mübarizə aparacaq. "Verder Bremen" digər alman klubu "Hamburq"la, "Dinamo Kiyev" isə "Şaxtyor"la qarşılaşacaq. Yarımfinal mərhələsinin ilk matçları aprelin 30-da, revanş matçları isə mayın 7-də keçiriləcək. Bu mərhələni uğurla dlayan komandalar mayın 20-də İstanbulun "Şükrü Saracoğlu" stadionunda keçiriləcək UEFA Kubokunun Finalında mübarizə etmək imkanı qazanacaq.
Qeyd edək ki, yarımfinal mərhələsində "Verder Bremen" və "Dinamo Kiyev" ilk maçları öz meydanlarında keçirəcəklər.


Elvin Rəsul/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar