UEFA Kubokunda ilk 1/4 finalçılar məlum oldu
19 Mart 2009 Cümə Axşamı 11:50
"Qalatasaray" isə 1/8 final mərhələsinin revanşında bu gün Almaniyanın "Hamburq" klubu ilə qarşılaşacaq

 

Dünən gecə keçirilən 2 matçla UEFA Kubokunda 1/8 final mərhələsinin revanş matçlarına start verilib. 1-0-ın revanşında səfərdə Fransanın “Sent Etien” klubu ilə 2-2 oynayan “Verder Bremen” və 2-1-in revanşında Hollandiya təmsilçisi “Ayaks”la 2-2 oynayan “Marsel”, UEFA Kubokunda ¼ finala yüksələn ilk 2 komanda oldu.

Stent Etien-Verder Bremen (ilk matç 0-1) 2-2
Qollar: Dq. 6 Prödl, Dq. 27 Pizarro (V.Bremen) Dq. 65 Benaloun, Dq. 90+2 Qrax (St Etien)

Ayaks-Marsel(1-2) 2-2
Qollar: Dq. 33 Enoh, Dq. 74 Süleymani (Ayaks) Dq. 35, Dq. 109 Mears (Marsel)

UEFA Kubokunda 1/8 final mərhələsinin digər revanş matçları bu gün keçiriləcək. UEFA Kubokunda Türkiyənin yeganə təmsilçisi olan "Qalatasaray" Almaniyanın "Hamburq" klubunu qəbul edəcək. Almaniyada keçirilən ilk qarşılaşmada 1-1 heç-heçə oyanayan İstanbul təmsilçisi, Türkiyədə keçiriləcək revanş matçında növbəti mərhələyə yüksəlməyə çalışacaq. Bakı vaxtı ilə saat 23.30-da başlayacaq qarşılaşmanı portuqaliyalı Oliveira Alves Qarsia idarə edəcək.

UEFA Kubokunda 1/8 final mərhələsi revanş matçlarının təqvimi belədir

21:00 Metalist Xarkov (Ukrayna)-Dinamo Kiyev (Ukrayna)(0-1)
21:30 Şaxtyor Donetsk (Ukrayna) -MOİK Moskva (Rusiya) (0-1)
21:30 Zenit (Rusiya)-Udineze (İtaliya)(0-2)
23:30 Qalatasaray (Türkiyə)-Hamburq (Almaniya) (1-1) (İdman Azərbaycan Tv)
00:00 Aalborq (Danimarka)-Mançester Siti (İngiltərə)(0-2)
00:30 Braqa (Portuqaliya) –PSJ (Fransa)

Elvin Rəsul/ANSPRESS/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar