UEFA 1/4 final matçlarının təqvimi
09 Aprel 2009 Cümə Axşamı 13:25
“Qalatasaray”ı mübarizədən kənarlaşdıran Almaniya təmsilçisi “Hamburq”, öz meydanında İngiltərənin “Mançestr Siti” klubunu qəbul edəcək

 

Çempionlar Liqasında ¼ final mərhələsinin ilk matçlarının başa çatmasından sonra bütün diqqətlər UEFA Kubokuna çevrilib. Avropanın reytinqinə görə ikinci klub turnirində bu gün 4 qarşılaşma keçiriləcək.

UEFA Kubokunun 1/8 finalında “Qalatasaray”ı mübarizədən kənarlaşdıran Almaniya təmsilçisi “Hamburq”, öz meydanında İngiltərənin “Mançestr Siti” klubunu qəbul edəcək. “Hamburq Arena”da keçiriləcək qarşılaşma saat 23.45-də başlayacaq.

Ukraynanın “Şaxtyor” klubu Fransa təmsilçisi “Marsel”lə qarşılaşacaq. Ukraynada keçiriləcək və saat 21.30-da başlayacaq qarşılaşmanı almaniyalı hakim Feliks Bryç idarə edəcək.

Günün digər matçlarında Fransanın PSJ klubu, Ukrayna təmsilçsi “Dinamo Kiyev”lə, İtaliyanın “Udineze” klubu isə səfərdə “Verder Bremen”lə qarşılaşacaq. Bu qarşılaşmalar da Bakı vaxtı ilə 23.45-də başlayacaq.

Elvin Rəsul/ANSPRESS/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar