U-19 milli Özbəkistanı məğlub edib
26 Mart 2009 Cümə Axşamı 10:20
Antalyada təlim-məşq toplanışında olan U-19, yoxlama oyununda özbəkistanlı həmyaşıdları üzərində 1-0 hesablı qələbə qazanıb
Martın 23-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan U-19 milli komandası, toplanış çərçivəsində yoxlama oyunu keçirib. AFFA-dan verilən məlumata görə, yoxlama matçında özbəkistanlı həmyaşıdları ilə qarşılaşan millimiz 1-0 hesablı qələbə qazanıb. Milli komandamıza qələbə qazandıran qolu Orxan Həsənov rəqib qapısından keçirib.
Qeyd edək ki, Azərbaycan U-19 milli komandasının Antalya toplanışı martın 30-dək davam edəcək.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar