Taekvondoçu Məhəmməd Məmmədov qızıl medal qazandı
24 Mart 2014 Bazar Ertəsi 09:14
Finalda İtaliya taekvondoçusuna şans verməyən idmançımız Məhəmməd Məmmədov (11-0) qızıl medal qazanaraq Gənclər arasında Dünya birinciliyinin qalibi olub.
Gənclər arasında Taekvondo üzrə Dünya birinciliyinə start verilib.

ANS PRESS-in xəbərinə görə, 23-26 mart tarixlərində Tayvanın Taypey şəhərində təşkil edilən və sayca 10-cu olan bu mötəbər yarışa milli komandamız 18 taekvondoçu ilə qatılıb.

Belə ki, komandamız üzvlərindən Gənclərin XIX Avropa birinciliyinin qalibi, millimizin üzvü Məhəmməd Məmmədov (-55 kg) rəqiblərinə qalib gələrək finala vəsiqə qazanıb. Finalda İtaliya taekvondoçusuna şans verməyən idmançımız (11-0) qızıl medal qazanaraq Gənclər arasında Dünya birinciliyinin qalibi olub.

Safiye Polat (-49 kg) isə yarımfinal mərhələsinə kimi irəliləyib. O, finala vəsiqə uğrunda döyüşdə İspaniya təmsilçisi Gorciaavona məğlub olaraq yarışı bürünc medalla başa vurub.







DOSTLARINLA PAYLAŞ:

oyunlar