Super kubokun qalibi bugün müəyyənləşəcək
12 Avqust 2014 Çərşənbə Axşamı 16:14
Bu gün UEFA super kubokunun qalibi müəyyənləşəcək. Real Madrid və Sevilya komandaları üz-üzə gələcək.
ANS PRESS-in məlumatına görə, qarşılaşmada İspaniyanın “Real Madrid” və “Sevilya” komandaları üz-üzə gələcək.

Oyunda Kriştiano Ronaldo başda olmaqla "Real"ın əsas heyət futbolçularının iştirak edəcəyi gözlənilir.

“Real Madrid” – “Sevilya” qarşılaşması Bakı vaxtı ilə saat 23.45-də start götürəcək. Oyun “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar