Şəhriyar Məmmədyarov erməniyə məğlub oldu
16 Aprel 2009 Cümə Axşamı 10:45
Rusiyada keçirilən FİDE Qran-prisinin 4-cü mərhələsində erməni Levon Aronyanla qarşılaşan şahmatçımız məğlubiyyətlə barışıb

 

Rusiyanın Nalçik şəhərində şahmat üzrə FİDE Qran-prisinin 4-cü mərhələsinə start verilib. Bu yarışda Azərbaycanın idman şərəfini beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov qoruyur. Məmmədyarovun Nalçikdə debütü uğurlu olmayıb. Şəhriyar ilk turda erməni Levon Aronyanla qarşılaşıb. Oyunun 32-ci gedişində Şəhriyar Məmmədyarov məğlubiyyətlə barışıb. Bu gün keçiriləcək 2-ci turda həmyerlimiz macarıstanlı Peter Leko ilə qarşılaşacaq.

Qeyd edək ki, Nalçik Qran-prisində 14 şahmatçı dairəvi sistem üzrə mübarizə aparır. Onların arasında qrossmeysterimiz Şəhriyar Məmmədyarovla yanaşı, Aleksandr Qrişuk, Sergey Karyakin, Etyen Bakro, Qata Kamski kimi məşhur adlar da var. Məlumat üçün onu da deyək ki, bu turnirdə şahmatçılar gedişlərini müəyyən olunmuş vaxt ərzində etməlidirlər. Belə ki, ilk 40 gedişə kimi oyunçulara düşünmək üçün 2 saat vaxt verilib. 40-cı gedişdən 60-cı gedişə kimi qrossmeysterlərin ixtiyarında 1 saatı olacaq. 61-ci gedişdən sonra isə partiya 15 dəqiqə ərzində başa çatmalıdır. 13 turdan ibarət Nalçik Qran-prisinə aprel ayının 30-da yekun vurulacaq. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar