Sambo üzrə Avropa çempionatı
04 Aprel 2009 Şənbə 10:10
Samboçularımız aprelin 9-dan etibarən Avropa çempionu titulu uğrunda mübarizəyə başlayacaqlar

 

Litvada yeniyetmə və gənc samboçular arasında Avropa çempionatı keçiriləcək. Şaulyay şəhərində keçiriləcək birincilikdə Azərbaycan 13 samboçu ilə təmsil olunacaq. Samboçularımız aprelin 9-dan etibarən Avropa çempionu titulu uğrunda mübarizəyə başayacaqlar. Yeniyetmə samboçularımız 6 çəki dərəcəsində yarışacaq. Komanda rəhbərliyi Fərid Mikayılov, Aslan Rəşidi, Səfər Aşumov, Zülfüqar Quliyev, Zöhrab Bağırov və Kənan Nağıyevdən uğurlu çıxış gözləyir. Gənc samboçuların qitə yarışmasında isə Azərbaycan 7 samboçu ilə təmsil olunacaq. Aşağı çəki dərəcələrində İslam Cəfərov, Vüqar Məmmədov və Yaşar Abbasov onlara olan etimadı doğrultmalıdırlar. Orta ağır və ağır çəki dərəcələrində isə tatami üzərinə Bəhram Əliyev, Elçin Ramazanov, Zeynal Məhərrəmov və Mehti Canəliyev çıxacaq. Avropa birinciliyinin bütün qalib və mükafatçıları 3 günlük yarışlardan sonra məlum olacaq. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar