Rəcəbov ən reytinqli 5-ci şahmatçıdır
01 Aprel 2009 Çərşənbə 14:10
FİDE-nin açıqladığı siyahıda 5 şahmatçımız yer alıb

 

Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya şahmatçılarının aprel ayı üçün reytinq siyahısını açıqlayıb. ANSPRESS-in məlumatına görə, 100 şahmatçının yer aldığı siyahıda 5 Azərbaycan şahmatçısı da var. Şahmatçılarımızdan ən yaxşı nəticə beynəlxalq qrossmeyster Teymur Rəcəbova məxsusdur. Aktivində 2756 reytinq xalı olan Teymur dünya şahmatçılarının reytinq siyahısında 5-ci mövqedə qərarlaşıb.

Dünya şahmaçılarının reytinq siyahısına isə aktivində 2812 reytinq xalı olan bolqarıstanlı Veselin Topalov başçılıq edir. Hindistan şahmatçsı Vişvanatan Anand (2783) ikinci, norveçli Maqnus Karlsen (2770) isə 3-cü pillədə qərarlaşıb.

Dünya şahmatçılarının reytinq siyahısında yer alan digər şahmatçılarımızdan Vüqar Həşimov (2730) 16-cı, Şəhriyar Məmmədyarov (2725) isə 20-ci mövqedə qərarlaşıb. Digər iki şahmatçımız isə, aşağı pillələrdə qərarlaşıb. 2659 reytinq xalına sahib olan Qədir Hüseynov 65-ci, Rauf Məmmədov (2645) 85-ci mövqedədir.

Elvin Rəsul/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar