"Olimpik" "Bakı"nı məğlub etdi
05 Aprel 2009 Bazar 18:20
Qarşılaşma 2:1 hesablı qələbə ilə başa çatıb

 

Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində daha 2 qarşılaşma başa çatıb. Turun mərkəzi matçında "Olimpik"lə "Bakı" qarşılaşıb. Şəfa stadionunda keçirilən qarşılaşma "Olimpik"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 'Bakı" açıb, 12-ci dəqiqədə Əhməd Ticani komandasını hesabda irəli çıxarıb ilk yarı bu hesabla başa çatıb. İkinci hissədə hücumlarını artıran "Olimpik" 51-ci dəqiqədə Junivan Suares, 74-cü dəqiqədə isə Leandro Qomeşin vurduğu qollarla 2:1 hesablı qələbə qazanıb. Qarşılaşmanın 83-cü dəqiqəsində "Bakı" klubunun oyunçusu Amiran Muciri qırmızı vərəqə alaraq meydandan qovulub. Bu qələbədən sonra xalını 36-ya yüksələdən "Olimpik" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb, "Bakı" klubu isə 47 xalla ikinci pillədədir.

Günün digər matçı isə "Qarabağ"la "Turan" arasında keçirilib. Bu matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"a qələbə qazandıran qolları Artim Şakiri (2), Vaqif Cavadov və Nidal Fərhadoviç, "Turan"ın qapısından keçirib. "Turan"ın qollarına isə Muammer Erdoğdu və Nadir Nəbiyev imza atıb. Premyer Liqanın XX turunun son matçı isə "Neftçi"ylə MOİK arasında keçirilir. Bu qarşılaşma saat 18.00-da başlanıb./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar