Neftçi klubu azarkeşlərə səsləndi
25 Avqust 2014 Bazar Ertəsi 17:48
Neftçi klubu qara bazarda satılan biletlərlə bağlı müraciət anvanlayıb.
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Partizan” matçına bilet satışı davam edir.

"Neftçi" klubu "qara bazar"da satılan biletlərlə bağlı müraciət anvanlayıb.

ANS PRESS klubun yaydığı bəyanatı təqdim edir:

""Qara bazarda qanunsuz bilet satışının qarşısını almaq və kassaların önündə sıxlığın yaranmaması üçün azarkeşlərdən xahiş edirik ki, biletləri oyun günü yox, daha tez əldə etsinlər".

Xatırladaq ki, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun və “Bakcell Arena”nın kassalarında satılır. Bir azarkeş 5 və ya daha artıq sayda bilet aldıqda şəxsiyyət vəsiqəsinin əslini və surətini kassaya təqdim etməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar