Millimiz İngiltərəylə qarşılaşacaq
07 May 2009 Cümə Axşamı 17:20
21 yaşadək futbolçulardan ibarət Azərbaycan omandası İngiltərə millisiylə yoldaşlıq oyunu keçirəcək

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan U-21 milli komandası İngiltərə millisiylə yoldaşlıq oyunu keçirəcək. AFFA-dan verilən məlumata görə, U-21 iyunun 8-də İngiltərənin U-23 milli komandası ilə qarşılaşacaq. Londonun yaxınlığındakı Milton Keynes şəhərindəki «MK Dons» stadionunda keçiriləcək qarşılaşma, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan U-21 milli komandası mayın 20-də Lənkəranda Özbəkistanın U-20, iyunun 3-də isə İstanbulda Türkiyənin U-21 milli komandası ilə də yoldaşlıq oyunu keçirəcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar