Millimiz Bolqarıstanı məğlub etdi
25 May 2014 Bazar 01:09
Bu gün qadın voleybolçulardan ibarət millimiz Avropa Çempionatının II seçmə mərhələsinin ilk turundakı çıxışını başa vurub.
ANS PRESS-in məlumatına görə, Sofiyada təşkil edilən qrup mərhələsində qızlarımız meydan sahibləri ilə qarşılaşıb. İlk turdakı uğursuzluğu unudaraq, bugünkü 5 setlik gərgin mübarizənin sonunda sevinən tərəf Azərbaycan təmsilçiləri olublar.

Faiq Qarayevin yetirmələri birinci oyunda Portuqaliya yığmasına 2:3 hesabı ilə uduzsa da, ikinci görüşdə ümidləri doğruldaraq Yunanıstanı 3:1 hesabı ilə məğlub etmişdi.

Millimizin də yer aldığı qrupun digər oyununda isə Yunanıstan və Portuqaliya milliləri ilə üzləşib. Millimizi məğlub edən pireneylilər yunanlara məlub olublar.

Qeyd edək ki, tərəflərin cavab oyunları 29-30 mayda Bakıda - Voleybol Mərkəzində keçiriləcək.

D qrupu
III tur
24 may
Yunanıstan – Portuqaliya - 3:1 (25:17, 21:25, 25:15, 25:19)
Hakimlər: Ebru Kaya (Türkiyə), Rudina Omari (Albaniya)
Sofiya, Xristo Botev Salonu

Azərbaycan – Bolqarıstan - 3:2 (17:25, 25:22, 19:25, 25:20, 15:8)
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Boyan Bardiç (Xorvatiya)
Sofiya, Xristo Botev Salonu


DOSTLARINLA PAYLAŞ:

oyunlar