Kocaelispor Fənərbaxçadan xal aldı
14 Mart 2009 Şənbə 13:45
"Kocaelispor" Super Liqanın 24-cü turunda "Fənərbaxça" ilə heç-heçə oynayıb

Azərbaycan A Milli komandasının kapitanı Rəşad Sadıqov və Ramal Hüseynovun çıxış etiyi "Kocaelispor" Türkiyə Super Liqasında növbəti oyununu keçirib. Super Liqanın 24-cü turunda səfərdə "Fənərbaxça" ilə qarşılaşan İzmit klubu meydandan 1-1 hesablı heç-heçə ilə ayrılıb. Matçın 2-ci dəqiqəsində braziliyalı futbolçu Roberto Karlos "Fənərbaxça"nı hesabda irəli çıxarıb 1-0. "Kocaelispor"a 1 xal qazandıran qolu matçın 87-ci dəqiqəsində Julio Cesar Moreira "Fənərbaxça"nın qapısına vurub. Bu qələbədən sonra xalını 19-a yüksəldən "Kocaelispor" turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. Start heyətində meydana çıxan Rəşad Sadıqov matçı əvəzedilmədən keçirib. Digər futbolçumuz Ramal Hüseynov isə bu matçda da iştirak etməyib. "Kocaelispor" Super Liqada növbəti oyununu martın 21-də öz meydanında "Ankaraspor"a qarşı keçirəcək./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar