İranlı məşqçi hansı futbolçumuza sillə vurdu?
09 Avqust 2014 Şənbə 20:12
“Sumqayıt”ın İranın “Persepolis”lə yoldaşlıq oyununda maraqlı hadisə baş verib.
Türkiyənin Kartəpə vilayətində hazırlıq zamanı “Sumqayıt” bir neçə yoxlama matçında qüvvəsini sınadı.

ANS PRESS-in məlumatına görə, “Sumqayıt”ın İranın “Persepolis”lə yoldaşlıq oyununda maraqlı hadisə baş verib.

“Sumqayıt”ın hesabda 1:0 irəlidə olmasını həzm edə bilməyən “Persepolis”in baş məşqçisi Əli Daei meydana çıxıb. Buna iranlı futbolçuyla “Sumqayıt”ın yeni transferi Ceyhun Cavadovun mübahisəsi səbəb olub.

Rəqib komandanın fubolçusunun Cavadova qarşı arxadan sərt oynaması ortalığı qarışdırıb. İki futbolçunun mübahisəsinə müdaxilə edən Əli Daei Cavadova sillə vurub. Həmin vaxt “Sumqayıt”ın məşqçilər korpusu məsələyə qarışıb və rəqib baş məşqçiyə öz iradlarını bildiriblər. Oyun başa çatandan sonra Əli Daei Ceyhun Cavadova yaxınlaşıb ondan üzr istəyib.

Qeyd edək ki, qarşılaşma “Persepolis”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar