İmperator futbola geri göndü
08 May 2009 Cümə 13:10
Futbola vida edəcəyini deyən braziliyalı ulduz futbolçu Adriano "Flamenqo" klubu ilə rəsmi müqavilə imzalayıb

 

İtaliyanın "İnter" klubundan ayrılan və futbola vida etmək barədə düşünən, “İmperator” ləqəbli braziliyalı ulduz futbolçu Adriano Braziliyanın “Flamenqo” klubu ilə rəsmi müqavilə imzalayıb. Ulduz futbolçu yenidən "Flamenqo"da çıxış edəcəyi üçün çox həyəcanlı olduğunu bildirib: ""Flamenqod"a çıxış etdiyim vaxt hələ 7 yaşım var idi. Yenidən "Flamenqo"nun formasını geyinəcəm, özümü 7 yaşımdakı kimi hiss edirəm.”

Keçmiş klubu "İnter" barədə də danışan ulduz futbolçu, "İnterdən getdim. Çünki İtaliyada özümü xoşbəxt hiss etmirdim. "İnter" möhtəşəm komandadır, amma mən başqa bir komandada oynamağa qərar verdim” deyə bildirib.

Qeyd edək ki, "İnter" klubunun braziliyalı ulduz futbolçusu Adriano milli matçlar səbəbindən çempionata verilmiş fasilə dövründə öz ölkəsinə getmiş, sonra isə geri dönməyərək futbola vida etmək istədiyini açıqlamışdı. Bundan sonra "İnter" klubu ulduz oyunçunun müqaviləsini ləğv etmişdi. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar