Hansı mövqe tapşırılsa, canla başla oynayacam
24 Mart 2009 Çərşənbə Axşamı 16:15
Azərbaycan A Milli komandasının kapitanı, millinin Rusiyadan sərfəli nəticə ilə dönəcəyinə inanır
Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində martın 28-də Moskvada Rusiya millisilə qarşılaşacaq Azərbaycan A Milli komandası bu gün “Şəfa” stadionunda növbəti məşqini keçirib. Millinin düşərgəsində uzun fasilədən sonra komandaya dəvət olunan Rəşad Sadıqov da yer alıb. Türkiyə Super Liqasında çıxış edən "Kocaelispor " klubunun şərəfini qoruyan müdafiəçi, Moskvada keçiriləcək oyuna nikbin yanaşır: “Asan görüş olmayacaq. Dünəndən etibarən məşqçilərimiz rəqibin oyunlarını analiz edərək, necə oynamaq lazım olduğunu başa salırlar. Aydın məsələdir, güclü rəqibdi. Amma biz də əlimizdən gələni edəcəyik ki, maraqlı oyun keçsin. Bizə sərf edən nəticə ilə qayıdarıq inşallah. Əsas komanda şəklində yaxşı oyun nümayiş etdirərək, məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir. İlk növbədə onu fikirləşirik. Hələ bilmirəm hansı mövqedə çıxış edəcəm, amma mənə fərqi yoxdur hansı mövqe tapşırılsa, canla başla oynayacam.”
 
/ANS TV/


DOSTLARINLA PAYLAŞ:

oyunlar