Güləşçilərimizdə 2 medal
26 Mart 2009 Cümə Axşamı 10:50
Latviyada keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə Nicat Muradov gümüş, İbrahim Yusubov isə bürünc medal qazanıb

Latviyanın paytaxtı Riqada gənc sərbəst güləşçilər arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Azərbaycan güləşçiləri bu yarışda 2 medal qazanıb ki, bu medallardan birinin əyarı gümüş, digəri isə bürüncdür. Gümüş medalı millimizə ən aşağı 50 kq çəki dərəcəsində mübarizə aparan Nicat Muradov qazandırıb. Ağırlığı 66 kq olan güləşçilərin mübarizəsində çıxış etmiş İbrahim Yusubov isə yarışların bürünc medalını qazanaraq, fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Müvafiq olaraq 60 və 74 kq çəki dərəcələrində yarışmış Hacı Əliyev və Pərviz Məmmədov isə Riqa turnirini 5-ci yerdə başa vurub. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar