Güləş Federasiyasından saqqal açıqlaması
08 Fevral 2014 Şənbə 14:24
Elçin Əliyev öz istəyi geri qayıdıb və məşqələrinə davam edir.
Güləş Federasiyası saqqal ilə bağlı yığmadan uzaqlaşdırılan Elçin Əliyevin yenidən yığmaya qayıtması ilə bağlı açıqlama verib. Federasiyanın mətbuat xidmətinin rəhbəri Mais Musayevin ANS PRESS-ə verdiyi məlumata görə, E.Əliyev yığmadan öz istəyi ilə çıxmışdı.

"Heç kim onu uzaqlaşdırmamışdı. Indi də öz istəyilə geri qayıdıb”.

Qurum rəsmisinin sözlərinə görə, E.Əliyev həddindən artıq uzun saqqal saxladığına görə ona irad tutulmuşdu. Amma yığmadan uzaqlaşdırılması barədə ona heç bir söz deyilməyib. “Elçin Əliyevə saqqalının qısaldılmasını tövsiyyə etmişdik. O, bunu etməyəcəyini deyərək öz istəyi ilə yığmadan uzaqlaşmışdı. İndi isə geri qayıdıb və məşqələrinə davam edir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar