Fənərbaxça və Qalatasaray üz-üzə gələcək
25 Avqust 2014 Bazar Ertəsi 18:09
Son çempion Fənərbaxça klubu ilə kubokun sahibi Qalatasaray üz-üzə gələcək.
Bu gün axşam Türkiyə Super Liqa çempionu "Fənərbaxça" ilə Türkiyə Kubokunun sahibi "Qalatasaray" üz-üzə gələcək.

ANS PRESS-in məlumatına görə, Manisa 19 May stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Əzəli rəqiblər arasındakı oyunu Mustafa Kamil Abitoğlu idarə edəcək. Qarşılaşmanın bütün gəliri Somada mədən faciəsində həlak olan mədənçilərin ailələrinə göndəriləcək.

Türkiyə futbol tarixində ilk dəfə bütün izləyicilər, jurnalistlər də daxil olmala bilet alaraq Somaya edilən yardıma dəstək olacaqlar. Qarşılaşmanı Türkiyənin ATV kanalı canlı yayımlayacaq.

Stadionda və ətraf yerlərdə təhlükəsizliyi qorumaq üçün 2 min 500 polis əraziyə cəlb olunub.

Qeyd edək ki, "Qalatasaray" son iki ildə Super Kuboku ardıcıl olaraq qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar