Fənərbaxça prezidenti Əziz Yıldırım ağlayıb
19 Aprel 2014 Şənbə 10:01
Fənərbaxça klubu kapitanı Emre Belözoğlu başqan Əziz Yıldırıma qarşı dəstək çıxışı edib.
Oyun alqı-satqısında ittiham edilən Türkiyənin “Fənərbaxça” futbol klubunun prezidenti Əziz Yıldırım yenidən həbsxanaya salınacaq.

ANS PRESS-in məlumatına görə, Yıldırım daha 2 il 2 ay həbsdə qalacaq. Bu gün Samandıra məşq bazasına gələn Yıldırım komanda üzvləri ilə sağollaşıb.

Əziz Yıldırım sağollaşdıqdan sonra “Fənərbaxça”nın kapitanı Emre Belözoğlu başqan Yıldırıma qarşı dəüstək çıxışı edib. Belözoğlunun çıxışı Əziz Yıldırımı ağladıb. Çıxışın başa çatmasından sonra Emre Belözoğlu 2010 – 2011-ci il futbol mövsümündə aldığı medalı Əziz Yıldırıma vermək istəyib. Yıldırım isə medalı qəbul etməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar