Fatih Terim UEFA-da inqlab etdi
08 Sentyabr 2014 Bazar Ertəsi 07:24
Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi Fatih Terimin UEFA qarşısında qaldırdığı təklif qəbul olunub.
Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi Fatih Terimin UEFA qarşısında qaldırdığı təklif qəbul olunub. ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, yeni qaydalara əsasən milli komandalar qarşılaşmalara 23 oyunçu ilə gedə biləcək.

Məlumata görə, bundan sonra ehtiyyatda olan oyunçu skamyasında 1 yox, 2 qapıçı otura biləcək. Həmçinin ehtiyyatda olan oyunçu sayı 10-dan 12-yə artırıldı.

Qeyd edək ki, bundan əvvəl milli komandaların ehtiyyatda 10 oyunçusu olurdu ki, bunlardan sadəcə biri qapıçı olurdu.

Bundan sonra milli komandalar qarşılaşmalara 10 əsas oyunçu, 1 əsas qapıçı, 10 ehtiyyat oyunçusu, 2 ehtiyyat qapıçı olmaqla 23 nəfərlik heyətlə qatıla biləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar