Əziz Yıldırmdan şok sözlər: “anamızı ...”
12 Fevral 2014 Çərşənbə 08:10
Hakimi hədələyən Əziz Yıldırım sözünə ağır söyüşlə başlayıb.
Bazar günü “Fenerbaxça” ilə “Sivaspor” arasında küeçirilən qarşılaşmada Egemen Korkmaza qırmızı kart göstrilməsi “Fənərbaxça” klubunun sabiq prezidenti Əziz Yıldırımı hiddətləndirib. İlk yarının bərabər hesabla başa çatmasından sonra Əziz Yıldırım oyunçuların geyinmə otağına gedib. Bu vaxt dəhlizdə hakim Yunus Yıldırımla qarşılaşan sabiq sədr ona qeyri-atik sözlər deyib. Yıldırın sözünə, burda yazılması mümkün olmayan söyüşlə başlayıb:

“Anamızı ...! Gül kimi penaltını vermədin. Sonra da oyunçunu (Egemen Korkmaz) özündən çıxardın və qırmızı kart göstərdin. Bu iş belə bitməz. Əlbətdə bunun cavabını verəcəksən”.

Hakim Yunus Yıldırım isə onun bu sözlərini protokola yazaraq şikayətçi olub.

Protokolun təhvil verilməsindən sonra Əziz Yıldırım Peşəkar Futbol İntizam Komissiyasına (PFDK- Profesyonel Futbol Disiplin Kurulu) dəvət olunub. Yıldırımın hədə, təhqir, hakim hüququnun pozulması ittihamı ilə 60 və 90 gün arasında hüquqlarından məhrum olunması gözlənilir.

Qeyd edək ki, qırmızı kart görmüş Egemen Korkmazın da PFDK-ya dəvət olunması gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar