Ələkbər Məmmədov yad olunub
06 Avqust 2014 Çərşənbə 19:02
Azərbaycan futbolunun əfsanəsi Ələkbər Məmmədov Xəzər Lənkəran futbol klubu tərəfindən yad olunub.
Azərbaycan futbolunun əfsanələrindən biri, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov vəfatının üçüncü günündə dəfn olunduğu Fəxri Xiyabanda "Xəzər Lənkəran" futbol klubu tərəfindən yad olunub.

ANS PRESS-in məlumatına görə, Lənkəran klubunun rəhbərliyi və komanda üzvləri məşhur futbolçunun qəbri üzərinə əklil qoyub, mərhumun ruhuna dualar oxunub.

"Xəzər Lənkəran"da çıxış edən əcnəbi futbolçulara Ələkbər Məmmədovun futbolçu karyerası haqqında geniş məlumat verilib.










DOSTLARINLA PAYLAŞ:

oyunlar