Dominoçumuz Dünya çempionatının qalibi oldu
15 May 2009 Cümə 09:25
Mehman Məmmədli və Rəhman Ələkbərov cütlüyü Rusiyada keçirilən Dünya çempionatında 1-2-ci yerləri tutublar

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən domino üzrə 7-cü Dunya çempionatı başa çatib. Bakı Domino İdman klubunun prezidenti Barat Abdullayevin Day.Az-a verdiyi məlumata görə, Mehman Məmmədli və Rəhman Ələkbərov cütlüyü Dünya çempionatında 1-2-ci, Pərviz Əsgərov və Barat Abdullayev dueti isə 10-cu yeri tutub.

Çempionatda 14 ölkədən ümumilikdə 200 idmançı iştirak edib. Azərbaycan dominoçusu Rəhman Ələkbərov isə çempionatın ən yaxşı dominoçusu seçilib./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar