Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu
16 Aprel 2009 Cümə Axşamı 10:35
"Çelsi"dən sonra, “Mançetsr Yunayted” və “Arsenal” da yarımfinala vəsiqə qazandı

Dünən gecə keçirilən iki matçla futbol üzrə UEFA Çempionlar Liqasında ¼ final matçlarına yekun vuruldu və yarımfinal cütlükləri bəlli oldu. Son dövrlər Avropa futboluna damğasını vuran ingilis klubları ənənəni davam etdirdi. “Çelsi”dən sonra, səfərdə “Porto”nu 1-0 hesabı ilə məğlub edən “Mançetsr Yunayted” və öz meydanında İspaniyanın “Vilyareal” klubuna 3-0 hesabı ilə qalib gələn “Arsenal” yarımfinala vəsiqə qazandılar. Çempionlar Liqasının yarımfinalında 3 ingilis klubu ilə yanaşı yoluna davam edən yeganə klub isə “Barselona”dır.

Çempionlar Liqasında ¼ final çərçivəsində keçirilmiş bütün matçlarda qeydə alınmış nəticələr belədir

Arsenal (İngiltərə) – Vilyareal (İspaniya) 3-0 (ilk matç 1-1)
Porto (Portuqaliya) – Mançestr Yunayted (İngiltərə) 0-1 (2-2)
Çelsi (İngiltərə) –Liverpul (İngiltərə) 4-4 (3-1)
Bayern Münhen (Almaniya) – Barselona (İspaniya) 1-1 (0-4)

Çempionlar Liqasının yarımfinal cütlükləri
Mançestr Yunayted – Arsenal
Barcelona – Çelsi

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçları 28 , 29 apreldə, revanş matçları isə 5 və 6 may tarixlərində keçiriləcək. Qarşılaşmalarda rəqibini məğlub edən komanda, mayın 27-də Romada keçiriləcək final matçında mübarizə etmək imkanı qazanacaq. “Barselona” və “Mançestr Yunayted” ilk matçları öz meydanında keçirəcək./ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar