Çaparımız 2 müxtəlif yarışın qalibi olub
18 Avqust 2014 Bazar Ertəsi 18:42
Avqustun 17-də Belçikada CSI-2* kateqoriyalı beynəlxalq "Lier" turnirinə yekun vurulub.
Avqustun 17-də Belçikada CSI-2* kateqoriyalı beynəlxalq "Lier" turnirinə yekun vurulub.

Azərbaycan Atçılıq Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, 3 günlük yarışda ölkəmizi milli komandamızın üzvü Patrik MakEntee təmsil edib.

Əvvəlcə idmançımız "Alice" ləqəbli atla "Small Tour Grand Pri" mərhələsinin qalibi olub.

Ardınca isə P.MakEntee cavan atlarla keçirilən yarışa qoşulub.

Turnirin bu mərhələsində "April Marais Mury Z" ləqəbli atla çıxış edən çaparımız yenə birinci yeri tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar