Barselona sabiq baş məşqçisi Tito Vilanova öldü
25 Aprel 2014 Cümə 22:23
Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Tito Vilanova xəstəxanada dünyasını dəyişib.
“Barselona”nın sabiq baş məşqçisi Tito Vilanova vəfat edib.

ANS PRESS-in məlumatına görə, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Vilanova xəstəxanada dünyasını dəyişib.

45 yaşlı mütəxəssis axşam saatlarında dünyaya vida edib.

Qeyd edək ki, Tito Vilanova 2012/2013-cü il mövsümündə “Barselona”nın baş məşqçisi olub və bu komanda ilə La Liqada çempionluq sevinci yaşayıb. 2013-cü ildə isə xəstəliyi səbəbindən postunu tərk edib.

2011-ci ilin noyabrında cərrahiyyə əməliyyatına məruz qalıb və kimyaterapiya qəbul edib. 2012-ci ilin dekabrında isə xəstəliyin şiddətlənməsi səbəbindən yenidən xəstəxanaya düşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar