Bakıda karate üzrə turnir keçirilib
06 Aprel 2009 Bazar Ertəsi 11:35
Kimsəsiz uşaqlara yardım məqsədi ilə təşkil olunmuş turnirdə paytaxt idmançıları ilə yanaşı bölgələrdən gəlmiş karate ustaları da mübarizə aparıblar

 

Bakıda karate üzrə respublika miqyaslı turnir keçirilib. Bu dəfə 200-ə yaxın idmançı şotakan və kantakt karate növlərində mübarizə aparıblar. Kimsəsiz uşaqlara yardım məqsədi ilə təşkil olunmuş turnirdə paytaxt idmançıları ilə yanaşı Ucar, Yevlax, Ağdaş və Mingəçevirdən gəlmiş karate ustaları bacarıqlarını nümayiş etdiriblər.

Kontakt karate üsulunda 60 kiloqram çəki dərəcəsində Cəlil Mahmudov qələbə qazanıb. 65 kiloqramda iki idmançı Aydın Babayevlə Rəşad Rzayev öz yaş qruplarında birinci olublar. 70 kiloqram çəki dərəcəsində Famil Xudiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çəkisi 75 kiloqrama qədər olan idmançıların mübarizəsi Pərvin Abbasovun zəfəri ilə nəticələnib. 82 kiloqramda isə Əlizamin Heydərov hamıdan güclü olub.

Bundan sonra isə karatenin şotakan növünü seçmiş idmançıların yarışına start verilib. 60 kiloqramda Hüseyn Babayev, Sahil Məmmədov, Qardaşəli Rəcəbov və Xəyal Zalov həmyaşıdları arasında birinci olub. 65 kiloqramda isə Elşad Süleymanov, Bəhruz Niftəliyev, Ülvi Xəlilzadə və Elton Ümidov öz yaş qruplarında qızıl medallara yiyələniblər.

Qeyd edək ki, yarışın qalibləri Ukraynanın Xarkov şəhərində keçiriləcək çoxmübarizəli döyüş növü üzrə Dünya birinciliyində ölkəmizin idman şərəfini qoruyacaqlar. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar