Azərbaycanın iki futbolçusu Türkiyədə oynayacaq
14 İyul 2014 Bazar Ertəsi 14:50
Azərbaycanın iki futbolçusu Türkiyədə oynayacaq. "Rəvan"nın iki oyunçusu "Giresunspor"a transfer olub.
Azərbaycanın iki futbolçusu Türkiyədə oynayacaq. ANS PRESS-in məlumatına görə, "Giresunspor" komandası Azərbaycanın "Rəvan" futbol klubunun qapçısı Kamal Bayramov və mərkəzi xətt oyunçusu Ayaz Mehdiyevlə müqavilə imzalayıb. Müqavilələrin müddəti bir ildir.

"Giresunspor" klubunun baş məşqçisi Mustafa Bozbağ açıqlamasında daha bir necə oyunçunu heyətlərinə qatmaq istədiklərini deyib. O, xüsusilə Azərbayacana diqqət yönəltdiklərini də bildirib.

"Hər iki qardaşımızın uğurlu olacağına inanıram".
Qapıçı K.Bayramov və A.Mehdiyev də yeni komandalarının uğurlu çıxışı üçün əllərindən gələni edəcəklərini qeyd ediblər.

M.Bozbağın sözlərinə görə, komandaya nigeriyalı daha bir oyunçu transfer ediləcək. Lakin hələlik oyunçunun adı açıqlanmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar