Azərbaycan milllisi dünya reytinqində 2 pillə gerilədi
06 May 2009 Çərşənbə 14:15
Milli komandamız 193 xalla 142-ci yerdə qərarlaşıb

 

Beynəlxalq Futbol Federasiyaları Assosiyasiyası (FİFA) milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə 2 pillə geriləyən Azərbaycan milli komandası  193 xalla 142-ci yerdə  qərarlaşıb. Dünya reytinq siyahısına isə yenə də İspaniya millisi başçılıq edir. Son Avropa çempionlarının aktivində 1729 xal var. Aktivində 1362 xalı olan Dünya çempionatı 2010-un seçmə mərəhələsindəki rəqiblərimizdən Almaniya millisi reytinq cədvəlində iknci, 1360 xalı olan Hollandiya isə 3-cü sırada qərarlaşıb.

Dünya çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində iyunun 6-da Bakıda qarşılaşacağımız Uels millisi isə 468 xalla 73-cü mövqedə qərarlaşıb. İyunun 2-də yoldaşlıq oyunu keçirəcəyimiz Türkiyə millisi isə, 923 xalla 14-cü sıradadır.

Dünya reytinq siyahısında ilk 10 sırada qərarlaşan komandaları diqqətinizə çatdırırıq:

1 Spain İspaniya
1729      
2 Germany Almaniya 1362      
3 Netherlands Hollandiya 1360      
4 Brazil Braziliya 1281      
5 Italy İtaliya 1271      
6 Argentina Argentina 1195      
7 England İngiltərə 1173      
8 Croatia Xorvatiya 1151      
9 Russia Rusiya 1117      
10 France Fransa 1074      

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar