Azərbaycan millisi beynəlxalq turnirə məğlubiyyətlə başladı
11 May 2009 Bazar Ertəsi 16:40
Gürcüstanda təşkil olunan beynəlxalq turnirdə iştirak edən qadınlardan ibarət Azərbaycan millisi Türkiyə millisinə məğlub olub

 

UEFA tərəfindən Gürcüstanda təşkil olunan beynəlxalq turnirdə iştirak edən qadınlardan ibarət Azərbaycan milli komandası turnirdə ilk oyununu keçirib. Tiflisin Mixail Mesxi adına stadionunda Türkiyə millisi ilə qarşılaşan komandamız 0-1 hesabı ilə məğlub olub. Milli komandamız turnir çərçivəsində növbəti oyununu mayın 13-də Makedoniya millisinə qarşı keçirəcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar