Azərbaycan boksçuları Polşaya yollanır
04 May 2009 Bazar Ertəsi 15:45
Azərbaycan boksçuları 5-10 may tarixlərində Polşada keçiriləcək beynəlxalq turnirdə ölkəmizi 11 boksçu təmsil edəcək

Mayın 5-dən 10-dək Polşada boks üzrə beynəlxalq turnir keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan bu yarışda 11 boksçu ilə təmsil olunacaq. Məşqçi Ş.Əlimzanovun başçılığı altında səfərə yollanacaq heyətdə aşağıdakı idmançılar yer alıb:

Elvin  Məmişzadə (48 kq), Nihad  Seyidov (51 kq), Fərid  Mansurov (54 kq), Elvin  Əliyev (57 kq), Heybətulla Hacıəliyev (60 kq), Sərvan  Əliyev (64 kq), Murad  Ağamalıyev (69 kq), Emin  Əhmədov  (75 kq), Tərlan Abdullayev (81 kq), Vətən Hüseynli (91 kq), Fərid Paşayevin (+91). /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar