Azarkeşlərimizin təhqiredici pankartı 5000 manata başa gəldi
11 Mart 2014 Çərşənbə Axşamı 15:36
"Qəbələ" azarkeşlərinin hərəkəti kluba baha başa gəlib.
AFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib.

ANS PRESS-in məlumatına görə, toplantıda 9 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXV turunun “Qəbələ” – “Neftçi” matçının 1, 36, 38, 63-cü dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunması qərarı qəbul olunub. Həmçinin oyunda “Qəbələ” azarkeşləri tərəfindən təhqiredici pankartlar açıldığı üçün klub 5000 manat cərimə olunub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar