Avropa Liqasının püşkü atıldı
21 Mart 2014 Cümə 16:48
"Bazel" “Valensiya”la, “Olimpik Lion" isə "Yuventus"la mübarizə aparacaq.
Avropa Liqasının ¼ mərhələsinin püşkü atılıb. ANS PRESS-in məlumatına görə, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçirilib.

Püşkün nəticələrinə görə, bu mərhələdə Hollandiya təmsilçisi "AZ Alkmaar" Portuqaliyanın "Benfika" klubu ulə qarşılaşacaq.

Fransanın “Olimpik Lion" klubu isə İtalyanın qoca sinyorası "Yuventus"la mübarizə aparacaq.
İsveçrə təmsilçisi "Bazel" ispan klubu “Valensiya” ilə üzləşəcək.

"Portu" isə digər bir ispan klubu "Sevilya" ilə mübarizə aparacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar