Almaniya millisi 35 milyon dollar qazandı
15 İyul 2014 Çərşənbə Axşamı 01:30
FİFA 576 milyon avro mükafatı 32 komanda arasında bölüşdürəcək.
FİFA 576 milyon avro mükafatı Braziliyada keçirilən dünya çempionatında iştirak edən 32 komanda arasında bölüşdürəcək.

ANS PRESS-in məlumatına görə, mükafat fondu millilərin çıxışına əsasən bölüşdürüləcək.

Ən böyük qazanc mundialın qalibi Almaniya yığmasına çatacaq.

Almanlar Rio-de-Janeyrodan dünya kubokuyla birlikdə 35 milyon dollar aparacaq. Finalda uduzmuş argentinalılar 10 milyon az, yəni 25 milyon dollar alacaq.

Bürünc mükafatçılar Hollandiya və Braziliya futbolçuları - 22 milyon qazanacaq. Dördə bir finalçılar - 14 milyon alacaq.
Qrupdan çıxa bilməyən hər bir komanda isə 8 milyon qazanacaq.

Mükafat milli komandaların federasiyalarının hesabına köçürüləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar